Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanı Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.

 

Dövlət Gömrük Komitəsindən Modern.az verilən məlumata görə, Bakı-İstanbul aviareysi ilə gedən xarici ölkə vətəndaşı gömrük nəzarəti zonasına daxil olarkən xarici valyutanı gömrük orqanına əvvəlcədən bildirməyib, şifahi, yazılı, elektron formada bəyan etməyib.

 

Ona məxsus baqaj rentgen aparatından keçərkən monitorda şübhəli predmetlərin təsvirləri görünüb və təkrar baxış keçirilməsi üçün vətəndaş yoxlama otağına dəvət olunub.

 

Yoxlama zamanı vətəndaşın əl çantasından və çamadanından, ümumilikdə 52000 (əlli iki min) ABŞ dolları aşkar edilib.