Modern.az

Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqından açıqlama: “Heç kimə alternativ deyilik”

Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqından açıqlama: “Heç kimə alternativ deyilik”

Aktual

18 Oktyabr 2012, 12:20

“ÜATİ üzvləri Azərbaycan prezidenti İlham Əliyevə sadiq insanlardır və bu xətt heç vaxt dəyişməyəcək”

Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı KİV-də qurumla bağlı yazılan məlumatlara münasibətini açıqlayıb. İttifaqdan Modern.az saytına verilən açıqlamada bildirilir ki, təşkilatın üç təsisçisindən başqa digərləri Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Rəyasət Heyətinin üzvüdürlər və onu tərk etməyiblər.

“Söyün Sadıxov, Araz Ağalarov, Asif Məhərrəmovdan başqa digər adı çəkilənlər UAK-ın Rəyasət Heyətinin üzvləridirlər və qurumu tərk etməyiblər”-deyə Modern.az-a verilən açıqlamada deyilir.

Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqından o da bildirilib ki, yeni yaradılmış qurum siyasətlə məşğul olmayacaq:

“İttifaq siyasətlə məşul deyil və özünü Ümumrusiya Azərbaycanlıları Konqresinə alternativ təşkilat hesab etmir. Yeni yaradılmış qurum Rusiyada yaşayan azərbaycanlıların sosial, humanitar məsələlərinin həlli üçün koordinasiya işlərini həyata keçirəcək”.

“ÜATİ üzvləri Azərbaycan prezidenti İlham Əliyevə sadiq insanlardır və bu xətt heç vaxt dəyişməyəcək”-deyə açıqlamada vurğulanıb.

Xatırladaq ki, Rusiyada yaşayan azərbaycanlılar yeni diaspor qurumunun yaradıldığını elan ediblər. Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı (ÜATİ) adlanan bu təşkilata Azərbaycanın baş nazirinin keçmiş 1-ci müavini Abbas Abbasov, Azərbaycanlıların Milli-Mədəni Muxtariyyatının (“Azerros”) prezidenti Söyün Sadıxov, Rusiya Notarial Kontorlar Gildiyasının prezidenti Natiq Agamirov, Asif Məhərrəmov, tanınmış kinodramaturq Rüstəm İbrahimbəyov, məşhur iş adamları İsgəndər Xəlilov, Araz Ağalarov, Vahid Ələkbərov və başqaları daxildir.
Çox maraqlıdır ki, siyahıda Rusiya Dövlət Dumasının üzvü, RF baş nazirinin keçmiş müavini Ramazan Abdulatipovun da adı var.

Yeni qurum sentyabrın 28-də təsis edilib və qeydiyyata da alınıb. ÜATİ-nin artıq mərkəzi ofisi də var. Ofis Moskva şəhərinin mərkəzində, Krasnaya Presnya küçəsi 24, ünvanında yerləşir.

X.SƏFƏROĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!