Modern.az

Elmar Məmmədyarov Almaniyaya yollanıb

Elmar Məmmədyarov Almaniyaya yollanıb

Aktual

18 Oktyabr 2012, 13:20

Bu gün xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyətinin Almaniya Federativ Respublikasına rəsmi səfəri başlayıb. Modern.az-a bu haqda nazirliyin mətbuat xidmətini rəhbəri Elman Abdullayev məlumat verib. O bildirib ki, səfər çərçivəsində E. Məmmədyarov alman həmkarı Qido Vestervelle ilə görüşəcək. Bundan əlavə, XİN başçısı Almaniyanın aparıcı mətbu orqanlarına müsahibə verəcək.
E. Məmmədyarovun Xarici Siyasət Məsələləri üzrə Alman Cəmiyyətində çıxışı da nəzərdə tutulub. 


Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı