Modern.az

Türkiyə İraqda şəhid verdi

Türkiyə İraqda şəhid verdi

28 İyul 2021, 01:17

İraqın şimalında "Pəncə Hərəkatı" əməliyyatı ərazisində iki türk hərbçisi şəhid olub.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildiriblər.

 

Məlumata əsasən, Türkiyə ordusunun hərbçiləri və terrorçular arasında atışma başlayıb. Atışma nəticəsində 2 hərbçi şəhid olub, daha 1-i isə yaralanıb.

 

Bildirilir ki, Türk hərbçiləri terrorçulardan birini məhv edə biliblər.

 

Eyni zamanda Nazirlik şəhid olan hərbçilərin ailələrinə başsağlığı verib, yaralı hərbçiyə isə şəfa diləyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür