Modern.az

Dövlət Komitəsi yeni standartlar hazırlayıb

Dövlət Komitəsi yeni standartlar hazırlayıb

Aktual

18 Oktyabr 2012, 13:37

“Yaxın on günlükdə çörək standartı qəbul olunacaq”. Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib.

F.Talıblı bildirib ki, bundan başqa bir neçə standartlar da hazırlanır: “İlin sonuna kimi 9 mebel standartının qəbul olunması gözlənilir. Şadlıq evlərinin standartı ilə bağlı layihə hazırlanır, cərimələrin yüksəldilməsi ilə bağlı təkliflər irəli sürülür. İnformasiya texnologiyaları sahəsində, turizm obyektləri və sosial məsuliyyətlə bağlı standartlar hazırlanır. Bundan başqa Fövqəladə Hallar nazirliyi Sənaye və  Energetika Nazirliyilə birlikdə texniki komitənin yaradılması nəzərdə tutulur”.

Gültəkin Ələsgər
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!