Modern.az

Yük maşını karantin postuna çırpıldı

Yük maşını karantin postuna çırpıldı

28 İyul 2021, 08:06

Bakı şəhərinin Qaradağ rayonu, Ələt qəsəbəsində “Shacman” markalı yük maşını yol kənarındakı karantin postuna çırpılıb.

 

Modern.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

 

Bildirilib ki, hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Onlar sıxılı vəziyyətdə qalan bir nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı