Modern.az

Dövlət Xidməti: “Monopoliyaya qarşı tədbirlərə hazırlıq görülür”

Dövlət Xidməti: “Monopoliyaya qarşı tədbirlərə hazırlıq görülür”

Ölkə

18 Oktyabr 2012, 16:47

“Rəqabət Məcəlləsində inhisarçılığın qarşısının alınması ilə əlaqədar zəruri müddəalar öz əksini tapıb”

“Milli Məclisdə 2-ci oxunuşdan keçmiş Rəqabət Məcəlləsində inhisarçılığın qarşısının alınması ilə əlaqədar zəruri müddəalar öz əksini tapıb”. Bu barədə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Azər Əliyev qanun layihəsi ilə bağlı Modern.az-ın sorğusunu cavablandırarkən deyib.

Azər Əliyev bildirib ki, müvafiq bazarda payı qanunvericilikdə müəyyən edilmiş həddən yuxarı olan təsərrüfat subyektləri hökmran mövqe tutan hesab olunur.

“Əmtəə bazarlarında antiinhisar qanunvericiliyinə əməl olunması vəziyyətinin araşdırılması üçün Dövlət Xidməti tərəfindən mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir. Keçirilmiş nəzarət tədbirləri zamanı antiinhisar qanunvericiliyinin pozulmasına yol vermiş təsərrüfat subyektlərinə qarşı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülür və bu barədə məlumatlar Dövlət Xidmətinin rəsmi internet saytında yerləşdirilir”-deyə A.Əliyev vurğulayıb.

Rəqabət Məcəlləsi ilə bağlı məsələyə gəlincə, rəsi müavini bildirib ki, Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin layihəsi Milli Məclisdə 2-ci oxunuşdan keçib və hazırda 3-cü oxunuşa hazırlanır.
“Milli Məclisdə 2-ci oxunuşdan keçmiş Rəqabət Məcəlləsində inhisarçılığın qarşısının alınması ilə əlaqədar zəruri müddəalar öz əksini tapıb”-deyə o vurğulayıb.  

Xatırladaq ki, Milli Məclisin payız sessiyasında nəhayət Rəqabət Məcəlləsinin qəbul olunması gözlənilir. Qanun layihəsi inhisarçılıq fəaliyyətinin qarşısının alınmasının, məhdudlaşdırılmasının və aradan qaldırılmasının təşkilati və hüquqi əsaslarını müəyyən edir. Bundan öncə bazardakı inhisarçılığın qarşısının alınması üçün Antiinhisar Komitəsi yaradılmışdı. Sonradan bu Komitə İqtisadi İnkişaf Nazirliyinin tərkibinə daxil edildi və İqtisadi İnkişaf nazirliyi yanında İstehlakçı Hüquqlarının Müdafiəsi Xidməti adlandırıldı. Amma bu Komitənin fəaliyyəti bazarda inhisarşılığın qarşısını ala bilmədiyindən müzakirəyə çıxarılacaq qanuna görə bazara nəzarət edəcək yeni Komitənin yaradılması və birbaşa prezidentə tabe olması təklifləri irəli sürülür. 

Gültəkin Ələsgər

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?