Modern.az

Qırğızıstan-Türkiyə Manas Universitetinin rektoru BDU-da

Qırğızıstan-Türkiyə Manas Universitetinin rektoru BDU-da

Aktual

18 Oktyabr 2012, 17:02

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Qırğızıstan-Türkiyə Manas Universitetinin rektoru Səbahettin Balcı ilə görüşüb. Rektor qonağa universitetin yaranma və inkişaf tarixi, fəaliyyəti və beynəlxalq əlaqələri, proqram və qrant layihələrində iştirakı barədə məlumat verib.

Rektor Səbahəttin Balcı Bakı Dövlət Universitetində olmaqdan məmnunluq duyduğunu, Azərbaycanın ilk ali təhsil ocağı ilə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb. Məlum olub ki, adıçəkilən universitetdə 5000-ə yaxın tələbə təhsil alır. 14 ölkənin tələbələri sırasında 10 nəfər azərbaycanlı da var. Tələbə qəbulu daxili qaydalar əsasında aparılır. Rektor deyib ki, universitetimizin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır. Hər cür şəraitimiz var, yataqxana problemi yoxdur, təhsil pulsuzdur.

Rektor Abel Məhərrəmov da öz növbəsində Qırğızıstan-Türkiyə Manas Universitetilə əlaqələrin yaranmasına və inkişafına dəstəyini ifadə edib. Rektorlar görüşün nəticəsi olaraq anlaşma memorandumu imzalayıblar. Memorandum tələbə-müəllim mübadiləsini, birgə proqram və qrantlarda iştirakı, elmi konfransların keçirilməsini və s. nəzərdə tutur.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir