Modern.az

Yeni ventilyasiya qurğularının ÜSTÜNLÜKLƏRİ

Yeni ventilyasiya qurğularının ÜSTÜNLÜKLƏRİ

29 İyul 2021, 12:12

Zaman keçdikcə köhnə havalandırma qurğuları yenilərilə əvəz edilir. Bunun üçün Rusiyadan 75 və 5 kVt-lıq 23 belə qurğu, 24 havadaşıyıcı alınıb.

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin elektromexanika xidmətinin rəisi Nüsrət Abdullayev deyib.

 

N.Abdullayevin sözlərinə görə, hazırda “Bakı Metropoliteni”ndə 121 havalandırma qurğusu var:

 

“Onlardan 12-si yollararasıdır. Bundan başqa 75-80-ci illərdə istismar edilən qurğuların istifadə vaxtı bitsə də, işlək vəziyyətdə idi. Yeni havalandırma qurğusundan fərqli olaraq köhnələr həm gücü, həm havanın buraxılış imkanı, həm də sürətinə görə geri qalır. Yeni qurğularda tezlik çeviriciləri var. Yəni biz havanın stansiyalara ötürülməsini sürətlərlə həyata keçiririk. Ümumilikdə 7 sürət var. Yanğın və qəza zamanı 6 və 7-ci sürət qoşulur. Bu havalandırma qurğusu həm axına işləyir, həm də sovurma imkanı var. Cəmi 32 saniyə lazımdır ki, bu qurğu axından sovurmaya çevrilsin”.

 

Qurum rəsmisi deyib ki, təzə ventilyasiya qurğularının öz idarəetmə şkafları var və yeni proqramlar yazılıb:

 

“Əvvəllər bizim dispetçer idarəetmə məntəqəmiz ventilyayorların 3 siqnalını görürdü. Bunlar axına işləmək, sövurmaya işləmək və stop siqnallarıdır. Amma indi dispetçer 16 siqnala nəzarət edir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?