Modern.az

Qarabağa düşmən baxışı - Düşənbədən...

Qarabağa düşmən baxışı - Düşənbədən...

Analitika

29 İyul 2021, 14:24

“Azadlıq” radiosunun Tacikistan Respublikasındakı siyasi şərhçisi, tarix elmləri namizədi Kəmaləddin Abdullayev erməni silahlı quldur dəstələrinin 1988-ci ildən 2020-ci ilin  noyabr ayınadək Azərbaycan Respublikasının Qarabağ bölgəsində apardığı işğalçılıq əməllərini tarixi-coğrafi, ictimai-siyasi, milli-mənəvi və elmi-nəzəri dəyərlər baxımından mürtəce hay kilsəsinin Düşənbə şəhərindəki müvəkkili kimi qiymətləndirməyə cəhd göstərib. Alnmayıb, çünki müəllifin əsaslandığı iddiaların (hayların bu ərazidə tarixən məskunlaşması, sayca üstünlük təşkil etməsi, regionda (eləcə də Orta Asiya respublikalarında) Türkiyə Cumhuriyyəti tərəfindən yürüdülən Turan ideologiyasının qorxulu istiqamətləri, minilliklərlə İran-Fars hakimiyyətinin Cənubi Qafqazda mövcudluğu...) elmi-tarixi və coğrafi-maddi faktlardan tamamilə uzaq və saxta olduğu çoxdan sübuta yetib.


Bəlkə də hay kilsəsinin bu ucuz iddialara heç ehtiyacı da yoxdur. Amma, yazarın qeyd etdiyi kimi, İran-Fars dil qrupuna aid olan taciklərlə Hind-Avropa dil ailəsinin üzvü “erməni”lərin tarixi-etnogenetik bağları daha qədimə gedib çatdığından o, bunu mənəvi borc hesab edib. Olsun.

   
Əsassız mülahizələrlə elektron-internet nəşrin 2020-ci ilin 6 dekabr sayında dərc edilən məqalə “Dağlıq Qarabağ ətrafında münaqişə: Düşənbədən baxış” adlanır. Yazının birinci cümləsi “Dağlıq Qarabağ Respublikası” sözü ilə başalanır və bildirir ki, bu dağlıq “respublika” coğrafi baxımdan Azərbaycan ərazisində olsa da, əhalisinin böyük əksəriyyəti “erməni”lərdir. Və çox irəli gedilərək bildirilir ki, Qarabağ azərbaycanlıların da evidir (xüsusilə Şuşa rayonu), yəni, Azərbaycan Türklərinin-müsəlmanlarının Vətəni deyil, yaşadıqları ərazidir.

   
Göründüyü kimi, “tarixçi-yazar”ın niyəti ilə (Orta Asiyada yaşasa da, guya “demokrat” yarlıqlı olsa da...) hay kilsəsinin mürtəce mahiyətinin doğmalığına şübhə yoxdur.

   
Müəllifə xatırlama: Bəşər cəmiyyətinin sivil 4-5 min illik tarixi dövründə haylara məxsus dövlət qurumunun və ya tarixi-coğrafi ərazinin adını özündə əks etdirən yazılı (istər papirus vərəqlərində, gil-daş lövhələrdə, istər dini məxəzlərdə, istərsə də tarixi salnamə-arxiv mənbələrində (hay kilsəsinin əl gəzdirdiyi nüsxələr nəzərə alınmır) və ya dövlətlərarası müqavilələrdə) mənbəyə hələ rast gəlinməyib. Hətta, özlərini ilk xristianlar sırasında saydıqlarına baxmayaraq, bu məzlum qövm barədə “Bibliya”da bir kəlmə belə yoxdur.

     
“Dağlıq Qarabağ” Azərbaycanın coğrafi ərazisi olsa da, tarixi-coğrafi keçmişi, maddi-mədəni, dini-sakral irsi, milli-etnik mənsubiyyəti və minilliklərlə-yüzilliklərlə statistik-demoqrafik tərkibinə görə... Müsəlman-Türk mənşəlidir. Ermənistan Respublikasının belə tanımadığı bu separatçı qurum kimi Azərbaycan Respublikasının inzibati-ərazi vahidliyində - Dağlıq Qarabağ Muxtar Vilayətində 2 sentyabr 1991-ci il tarixdə keşirilən sesiyada haylar ölkə Könstitusiyasına zidd olaraq oyuncaq hərbi rejim yaratmış və silahlı yolla fəaliyyət göstərmişlər. Qarabağ ərazisindəki ən qədim insan yaşayış məskəninin, 10-12 minlik tarixi özündə yaşadan Azıx (Oğuz) mağarasının nəinki etnogenetik baxımdan “erməni”lərə aidiyyəti yoxdur, onun kəşfi də hay sürüsünə aid deyil (yəqin ki, bir “tarixçi” kimi K.Abdullayevin bu milli arxeoloji kəşfdən xəbəri olar).
Özünü qədim dünya tarixinin bilicisi kimi qələmə verməyə çalışan K.Abdullayev uydurur ki, Azərbaycan və Ermənistan 2 min il əvvəl İran-Fars imperiyasının tərkibində olub, azərbaycanlılar dil mənsubiyyətinə görə türk ailəsinə mənsubdur, milli-mədəni irsinə görə isə İran-Fars yönümlüdür (vurğulayır ki, müasir İran ərazisində 20 milyon nəfər  Azərbaycan Türkü yaşayır).  

   
Müəllifə xatırlama: “Ermənistan” etnotoponimi 1918-ci ildə yaranıb, Azərbaycan ərazisində fars mənşəli hakimiyyət-Sasanilərin dövrü 224-cü ildən 642-ci ilədək davam edib, Azərbaycan ərazisindəki (Cənublu və Şimallı vilayətlər daxil olmaqla) hərbi-siyasi hakimiyyət qorunub saxlanılmaqla. Azərbaycan Türkləri Altay dil ailəsinin Oğuz dil qrupuna aid olmaqla etnomorfoloji, milli-mənəvi, tarixi-genetik irsi, coğrafi məkan mənsubiyyəti, əski dini-irfani dünyagörüşü, ədəbi-bədii düşüncəsi... baxımından Böyük Türk ailəsinin (Turan geosiyasi məkanının) bir qoludur. Və Cənubi Azərbaycan Bütöv Azərbaycanın tarixi-coğrafi cənubudur, orada yaşayan soydaşlarımızın sayı isə 35-40 milyon nəfərdir.

   
Hay kilsəsinin mirzəsi tarixə olan hörmətini qoruyub saxlamaq naminə, fəxrlə qeyd edir ki, 1935-ci ilin yanvar ayından 1937-ci ilin yanvarına kimi Tacikistan SSR-in birinci rəhbəri qarabağlı Suren Şadunts olub və bu iki xalqın tarixi keşmişi onların mədəniyyətində də  ifadə olunub. Bu buqəlumun fikrinə onu da əlavə edir ki, “erməni” və azərbaycanlıların musiqisi müasir Tacikistanda muğam və lirik mahnı sevənlərə çox yaxındır. Bu yerdə Azərbaycanın çörəyini yemiş, suyunu içmiş digər bir nankor “erməni”nin də adını çəkir-Qarabağda doğulmuş, sonralar dahi Qara Qarayevin (1918-1982) Konservatoriyadakı sinfində təhsil almış bəstəkar A.A.Babayev (1923-1964). Və qeyd edir ki, A.Babayev tacik şairi, Sosialist Əməyi Qəhrəmanı Mirzo Tursunzadənin (1911-1977) “Mən qızla görüşdüm” şeirinin sözlərinə musiqi bəstələmişdir (kinorejissor R.Y.Perelşteynin (1909-1978) 1957-ci ildə çəkdiy eyniadlı filmində).

   
Müəllifə tarixi xatırlama: Həmin musiqini filmdə Azərbaycanın xalq artisti Rauf İsrafil oğlu Atakişiyev (1925-1994) səsləndirib. M.Tursunzadə həm də böyük Azərbaycan şairi Səməd Vurğunla (1906-1956) dost olub.

   
Saxta yazarın fikrincə İlahi Muğamın Azərbaycan Respublikasında etnogenetik, ruhsal-duğusal dünyagörüşünün və milli-mədəni bütövlüyündə yeri, kökü yoxdur, “erməni”lərin şərik çıxdığı doğma musiqimiz də “erməni”lərə ortaqdır (“az idi düşmənimiz, biri də Düşənbədən  çıxdı”).

Görəsən, K.Abdullayev bilirmi ki, külli-Qarabağ Azərbaycanın yox, “Qafqazın Konservatoriyası” adlanır, burada A.Babayevdən çox-çox əvvəl Müsəlman-Türk dünyasının məşhur musiqiçiləri, musiqi nəzəriyyəçiləri, mütəfəkkirləri doğulub-X.B.Natəvan (1832-1897), M.M.Nəvvab (1833-1918), C.İ.Qaryağdıoğlu (1861-1944), Ü.Ə.Hacıbəyli (1885-1948), Seyid Şuşinski (1889-1965), Bülbül (1897-1961), Xan Şuşinski (1901-1979)...

        
Müəllifə xatırlama: Azərbaycan muğamı 2008-ci ildən etibarən YUNESKO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə Reprezentativ siyahısına daxil edilib. “Azərbaycan muğam antologiyası” çap edilib Bakı şəhərində Beynəlxalq Muğam Mərkəzi fəaliyyət göstərir...

 
Müəllif haqqında tanıtma: K.N.Abdullayev 1967-1972-ci illərdə Tacikistan Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb. 1976-1981-ci illərdə SSRİ EA-nın SSRİ tarixi İnstitutunun aspiranturasında tədqiqat apararaq, 1983-cü ildə “tarix elmləri namizədi” alimlik dərəcəsi alıb. 1989-1991-ci illərdə Tacikistan Dövlət Milli Universitetində dosent olub. 2003-2010-cu illərdə ABŞ-da Ohayo ştatının universitetində, 2010-2011-ci illərdə ABŞ Dünya İnstitutunda əməkdaşlıq edib. 1999-2001-ci illərdə Soros fondu ilə işləyib...

Hazırda özünü Orta Asiya üzrə vətəndaş cəmiyyətinin təşkilatçısı, müstəqil ekspert, beynəlxalq  elmi-tədqiqat mərkəzlərinin məsləhətçisi... hesab edir.

 

(ardı var)

                                                                  
Qismət Yunusoğlu,  
Bakı Dövlət Universitetinin müəllimi (050.372.60.08.)

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi