Modern.az

Sabahdan bu avtobuslar “BakıKart”a keçir

Sabahdan bu avtobuslar “BakıKart”a keçir

29 İyul 2021, 14:07

30 iyul 2021-ci ildən 92 nömrəli marşrut xətti (Binəqədi qəsəbəsini - "Memar Əcəmi" m/st ) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

 

Bakı Nəqliyyat Agentliyindən (BNA) Modern.az-a verilən məlumata görə, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə marşrutun hərəkət sxemi üzrə aşağıda qeyd olunan ünvanlardakı "OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.

 

- Dairəvi, Binəqədi qəs. (Binəqədi rayonu);

- 4-cü məhəllə,Biləcəri qəs. (Binəqədi rayonu);

- Asəf Zeynallı, döngə 1/1 (Binəqədi rayonu);

- Xaqani küç, Biləcəri qəs. (Binəqədi rayonu);

- Əhməd Qasımov küç (Binəqədi rayonu);

- Yəhya Hüseynov 16 (Binəqədi rayonu);

- Rəşid İsmayılov 56 (Binəqədi rayonu);

- Asif Məhərrəmov 1 (Nəsimi rayonu);

- Asif Məhərrəmov 76A (Nəsimi rayonu).

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?