Modern.az

5540 şəhid ailəsi üzvünə vəsiqələr verilib

5540 şəhid ailəsi üzvünə vəsiqələr verilib

Aktual

29 İyul 2021, 15:12

Son 6 ay ərzində 5 540 şəhid ailəsi üzvünə şəhidlik vəsiqəsi təqdim olunub.

 

Modern.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov bildirib.

 

Agentlik rəsmisi həmçinin deyib ki, hesabat dövründə 179 nəfərə müxtəlif sanatoriyalara göndərişlər verilib:

 

“İyul ayının ilk həftəsində şəhid ailəsi üzvləri və əlilliyi olan şəxslərdən ibarət 63 nəfər Naxçıvan MR-da yerləşən sanatoriyalara göndərilib. Avqustun 2-də isə daha 71 nəfər Naxçıvanda sanatoriya-kurort mərkəzlərinə göndəriləcək”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?