Modern.az

Qənirə Paşayeva vitse-spikerlə görüşüb

Qənirə Paşayeva vitse-spikerlə görüşüb

Aktual

19 Oktyabr 2012, 10:18

Millət vəkili Qənirə Paşayeva Qırğızıstan parlamentinin sədr müavini Torobay Zulfukarov  ilə görüşüb. Modern.az-n məlumatına görə, görüş zamanı deputat Azərbaycanın hər zaman qardaş Qırğızıstanın inkişafında, sabitliyində maraqlı olduğunu bildirib və Qırğızıstanla əməkdaşlığın inkişafına önəm verdiyini deyib. Qırğızıstan prezidenti Almazbek Atambayevin yüksək səviyyədə keçən Azərbaycan səfərinə toxunan millət vəkili bu səfərdən sonra Azərbaycanla Qırğızıstan arasında bütün sahələrdə əməkdaşlığın genişlənməyə başladığını vurğulayıb. Azərbaycan prezidenti, parlamentinin Qırğızıstanla əlaqələrin və dostluğun inkişafına verdiyi böyük önəmdən danışan Q.Paşayeva parlamentlərarası əməkdaşlığın daha da genişlənməsinin vacibliyinə də toxunub və bu istiqamətdə münasibətlərin getdikcə daha da artmasının məmnuniyyət yaratdığını deyib.

Azərbaycan və Qırğızıstanın həm də TÜRK PA-nın üzvləri olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, Daglıq Qarabağ münaqışəsi ətrafında  son vəziyyətdən də danışıb. Qırğızıstanın Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına böyük önəm verdiyini deyən Qırğızıstan parlamentinin sədr müavini Torobay Zulfukarov  iki qardaş ölkə arasında münasibətlərin getdikcə daha da sürətlə inkişaf etməsindən məmnunluğunu bildirib. İki ölkənin siyasətçləri, iş adamları, qeyri-hökumət, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin sürətlənməsinin vacibliyinə də toxunan Qırğızıstan parlamentinin sədr müavini əməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğunu deyib və qardaş ölkələr arasında qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da sürətlənəcəyinə inandığını vurğulayıb. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Qırğızıstan parlamentinin sədr müavini Torobay Zulfukarovu Azərbaycana dəvət edib.

 

 

 

 

 

 

 

 

 

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi