Modern.az

Abdulla Gül kürd əsilli deputatlara: “Əlimdən gələn hər şeyi edəcəm”

Abdulla Gül kürd əsilli deputatlara: “Əlimdən gələn hər şeyi edəcəm”

Dünya

19 Oktyabr 2012, 10:39

Kürd məsələsini həll etmək üçün Türkiyə prezidenti Abdulla Gül millət vəkilləri Pərvin Buldan, Sırrı Sürəyya Öndər və Əhməd Türklə görüşüb. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, görüş zamanı Gül millət vəkillərinə bildirib ki, “terror hadisələri sona çatmalıdır. Qarşımızdakı bu bir ay çox önəmlidir”.

Millət vəkillərini diqqətlə dinləyən Abdulla Gül sonda qeyd edib: “Bu ölkənin ən vacib problemi terrordur. Hər gün şəhid xəbərlərinin gəldiyi bir ölkədə problemi “kürd məsələsi” olaraq görsəniz onu izah etməkdə çətinlik çəkərsiniz. Buna görə də terror mütləq bitməlidir. Mən prezident olaraq, bu məsələ ilə hər an maraqlanacağam. Əlimdən gələn hər şeyi edəcəyəm. Bu məsələ də hər kəs bizə kömək etməlidir. Terror dəstələri ilə siyasəti ayırmaq lazımdır. Hərdən isə siyasətçilərin sözləri ilə terror dəstələrinin rəhbərlərinin sözlərini ayırmaqda çətinlik çəkirik”.

Sevinc İltifatqızı  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır