Modern.az

Təhsil Nazirliyi təkzib etdi: “Məktəbdə partlayış olmayıb”

Təhsil Nazirliyi təkzib etdi: “Məktəbdə partlayış olmayıb”

19 Oktyabr 2012, 12:26

Təhsil Nazirliyi Bakının Nizami rayonunda yerləşən 109 saylı orta məktbədə baş verən partlayışla bağlı məlumat açıqladı. Nazirliyin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadənin Modern.az-a verdiyi məlumata görə, sözügedən orta məktəbdə hər hansı partlayış baş verməyib.

  “Mətbuatda yayılan xəbərlər doğru deyil. Həmin orta məktbədə hər hansı partlayış olmayıb, heç şagirdlər arasınbda yaralanan da yoxdur. Sadəcə kimsə Daxili İşlər Nazirliyinin 102 telefon xidmətinə zəng edərək məktəbdə partlayış olması haqda yalnış məlumat verib. Hazırda həmin şəxsin kimliyi araşdırılır”, -deyə nazirlik sözcüsü bildirib.

  Qeyd edək ki, bu gün səhər saatlarında paytaxtın Nizami rayonunda yerləşən 109 saylı orta məktəbdə partlayış olması haqda məlumat yayılıb. Hadisə zamanı bir neçə  şagirdin yaralandığı da bildirilib.

***

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından isə Trend-ə verilən məlumata görə, məktəbdə 14 yaşlı iki şagird naməlum qazla zəhərlənib və onlar Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər. Hadisə yerində stress və qorxu keçirmiş bir neçə valideynə və şagirdə ilkin tibbi yardım göstərilib.

Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Trend-ə deyib ki, şöbəyə iki məktəbli qız zəhərlənmə diaqnozu ilə qəbul edilib. Xəstələrin vəziyyəti orta-ağırdır, zəhərlənmə ciddi deyil.

 

Anar RÜSTƏMOV
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?