Modern.az

Sabah tələbələrin sərgi-yarmarkası keçiriləcək

Sabah tələbələrin sərgi-yarmarkası keçiriləcək

19 Oktyabr 2012, 12:33

Oktyabrın 20-də ali məktəb tələbələrinin əl işləri sərgiyə çıxarılacaq və onların satışı təşkil olunacaq. Modern.az xəbər verir ki, sərgini Yeni Azərbaycan Partiyasının Nəsimi Rayon Təşkilatı təşkil edir.

YAP Nəsimi Rayon Təşkilatı rayon ərazisində yerləşən ali məktəblər (BSU, AU, ADNA, ADU, ATU) arasında yaradıcı tələbələrin sərgisinin əsas məqsədi bacarıqlı, fəal gənclərin üzə çıxarılması və tanıdılmasıdır. Sərgi-yarmarkada satışdan əldə edilən vəsaitin imkansız tələbələrin təhsil haqqının ödənişinə xərclənməsi nəzərdə tutulub.

Sərgi oktyabrın 20-də saat 13:00-da Atatürk parkında keçiriləcək.

Modern.az
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı