Modern.az

Kürdəmir sakini həmkəndlisini GÜLLƏLƏDİ

Kürdəmir sakini həmkəndlisini GÜLLƏLƏDİ

Aktual

30 İyul 2021, 18:47

Kürdəmir rayonunda qətl hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Dayıkazımlı kəndində qeydə alınıb.

 

Belə ki, kənd sakini Vurğun Aydın oğlu Mehdiyev aralarında yaranan münaqişə zəmnində həmkəndlisi Bəhmən Bəhlul oğlu Hümmətovu ov tüfəngi ilə vuraraq öldürüb.

 

Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.

 

B.Hümmətovun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir Rayon Şöbəsinə aparılıb.

 

Hazırda Kürdəmir Rayon Prokurorluğunda araşdırmalar aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir