Modern.az

“Zəfər” düşərgəsinin bağlanış mərasimi keçirilib - FOTO

“Zəfər” düşərgəsinin bağlanış mərasimi keçirilib - FOTO

Aktual

30 İyul 2021, 18:54

Təhsil Nazirliyinin təşkilatı dəstəyi, "Zəfər" şəhid ailələrinə dəstək ictimai birliyinin təşkilatçılığı ilə şəhid övladlarını birləşdirən "Zəfər" düşərgəsinin bağlanış mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, Quba şəhərində yerləşən Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseydə (Quba STEAM Mərkəzi) keçirilən düşərgə bir həftə davam edib. 74 şəhid övladını əhatə edən "Zəfər" düşərgəsində 12-16 yaş arası şagirdlərə fövqəladə hallarda davranış bacarıqları, texnoloji biliklər, steam bacarıqları aşılanıb, əyləncəli oyunlar təşkil edilib.

 

Düşərgənin bağlanış mərasimində iştirakçılara Bakı Dövlət Sirkinin əyləncəli sirk proqramı hədiyyə edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi