Modern.az

Xameneyi Əhmədinejadı hesabat verməyə qoymadı

Xameneyi  Əhmədinejadı hesabat verməyə qoymadı

Dünya

19 Oktyabr 2012, 12:36

İran parlamenti Əhmədinejadı parlamentdə hesabat verməyə çağıran tələbindən geri çəkilib. 

Ali dini lider Xameneyi  prezidentin sorğu-sual edilmə tələbini rədd edib. Modern.az “Əl-Ərəbiyyə” telekanalına istinadən bildirir ki,  Xamneyi prezidentin parlament qarşısında  hesabat vermə tələbini qəbul etməməsini “xarici təzyiqlər qarşısında milli birliyi qorumaq”la əsaslandırıb. Parlamentdə çoxluq təşkil edən fundamentalsitlər bloku belə bir sorğulamanın mövcud şəraitdə ölkədəki gərginliyi daha da artıracağı ilə izah edib.
Son vaxtlar prezidentin iqtisadi siyasətindəki uğursuzluğu və milli valyutanın məzənnəsinin hədsiz düşməsi İran parlamentinin Əhmədinejaddan hesabat tələb etməsınə səbəb olub. İran parlamenti rəsmi sənəd hazırlayaraq İran prezidentinin Vaşinqtonla dialoqa çağırışı, həmçinin uğursuzluğa düçar olmuş xarici siyasətinə görə parlamentə gələrək sorğulanmasını tələb edib.
 
Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi