Modern.az

Şirvanda “patı” və heroin satanlar tutuldu

Şirvanda “patı” və heroin satanlar tutuldu

31 İyul 2021, 09:13

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində psixotrop maddə olan “patı” və ya “şüşə” adlanan metamfetaminin və heroinin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan daha beş nəfər - Şirvan şəhər sakinləri, Qənirə Britkova, Vahid Məmmədov, Xəlil Abdıyev, Vahid Bağırov və Sabirabad rayon sakini Səmid Şəfiyev saxlanılıb.

 

Bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a bildirilib ki, saxlanılan zaman həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan narkotik maddə olan metamfetamin, heroin və qurudulmuş marixuana aşkar edilərək götürülüb.

 

Saxlanılan şəxslər əməllərindən peşman olduqlarını bildiriblər. Faktlarla bağlı Şirvan ŞPŞ-də cinayət işləri açılıb, araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi