Modern.az

Meşə yanğınları Türkiyə turizminə zərbədir

Meşə yanğınları Türkiyə turizminə zərbədir

31 İyul 2021, 10:47

Qardaş Türkiyənin 21 vilayətində baş verən 63 meşə yanğını nəticəsində azı 4 nəfər həlak olub. Türkiyədə baş verən yanğınları hər birimiz dərin kədər və təəssüf hissi ilə qarşılayaraq qardaş ölkənin bu bəladan daha tez qurtulmasına dua edirik. Bütün bunlar ilə yanaşı, Türkiyədə baş verən meşə yanğınları qardaş ölkənin iqtisadiyyatına da mənfi təsir göstərməkdədir.

 

Bunu Modern.az-a deputat Vüqar Bayramov Türkiyədəki meşə yanğınları ilə bağlı danışarkən deyib.

 

Deputat qeyd edib ki, yanğınlar daha çox Türkiyənin turistik bölgələrində müşahidə olunduğundan bu sahənin gəlirlərinə təsirsiz ötüşməyəcək:

 

"Türkiyə bu il 25 milyon turisti qonaqlamağı hədəfləyir. Ötən il pandemiya səbəbindən tənəzzül keçirən turizm sektoru bu il canlanmağa başlamışdı. Bu ilin birinci yarısında Türkiyəyə 7 milyon 250 min xarici turist gəlmişdi və rəqəmlər də artan istiqamətdə dəyişirdi. Təəssüf ki, meşə yanğınları əsasən qardaş ölkənin turizm bölgələrini əhatə etdiyindən bu Türkiyəyə səfər etməyi planlaşdıran bir sıra əcnəbilər arasında tərəddüdlər yarada bilər".

 

V. Bayramov deyib ki, işsizlik səviyyəsi 13.2 faiz olan qardaş ölkədə bu ilin birinci rübündə ÜDM 1.7 faiz artırsa da əksər makro-iqtisadi göstəriciləri pandemiyadan təsirlənib:

 

"Bu baxımdan, meşə yanğınları ölkə üçün əlavə xərc yaradacaq ki, bu da Türkiyə iqtisadiyyatı üçün arzuolunan deyil".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı