Modern.az

Kürdəmirdə həmkəndlisini güllələyən şəxs tutuldu

Kürdəmirdə həmkəndlisini güllələyən şəxs tutuldu

31 İyul 2021, 11:22

İyulun 30-u saat 15 radələrində Kürdəmir rayon, Dayıkazımlı kənd sakini 1968-ci il təvəllüdlü Bəhmən Hümbətovun odlu silahdan açılan atəşlə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Kürdəmir rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, ilkin araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1987-ci il təvəllüdlü Vurğun Mehtiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Bəhmən Hümbətovun baş nahiyəsinə odlu silahdan atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşib.

 

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Vurğun Mehtiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.Hazırda cinayət işi üzrə istintaq davam edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür