Modern.az

YAP İctimai Palatanı hədələdi - AÇIQLAMA

YAP İctimai Palatanı hədələdi - AÇIQLAMA

Aktual

19 Oktyabr 2012, 13:50

“Müxalifətin sabahki qeyri-qanuni aksiyasının qarşısı alınmalıdır”

“İctimai Palata deyilən qurum sabah qeyri-qanuni siyasi aksiya keçirməyə cəhd edəcəksə,  hüquq-mühafizə orqanları bunu qarşısını alacaqlar və haqlı olaraq alacaqlar”. Bunu Modern.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı müxalifyönlü gənclərin sabaha planlaşdırdıqları aksiyasını şərh edəkən deyib.

“Mən İctimai Palata adlanan qurumun hay-küyünə baxmayaraq, əhali tərəfindən dəstək almayacağına əminəm. Aksiyaya nəinki 2000, heç 20 adam da gətirə bilməyəcəklər. Gətirdikləri şəxslər də hay-küy salaraq, oradakı istirahət edən insanları narahat edəcəklər. Sonra da şəkil çəkib deyəcəklər ki, “biz bu qədər adamı aksiyaya cəlb etdik”. Həmin yer elə yerdir ki, saat 2-3 arasında orada yüzlərlə, minlərlə vətəndaşımız  gəzir, istirahət edir, alış-verişlə məşğul olur”.

Onun  sözlərinə görə, İctimai Palatanın belə provakasiyon aksiyasına dəstək verəcək sosial strukturlar və vətəndaşlar yoxdur: “Özləri və ətraflarında olan müəyyən partiyaların, müəyyən qəzetlərdə işləyən bu və ya digər şəxslərini cəlb eləməklə görüntü yaratmaq istəyəcəklər. Amma bu görüntünün  özü də qeyri-qanuni aksiyadır və qarşısı alınmalıdır. Çox güman ki, qarşısı alınacaq”

M.Qurbanlı bildirib ki, İctimai Palata qəsdən qarşıdurma yaratmaq istəyir: “İP sönmüş və əhəmiyyətini itirmiş qurum olduğunu dərk edərək. onu yenidən reanimasiya etmək, diriltmək, gözə soxmaq istəyir və bununla da müəyyən dairələrə də sübut etmək istəyir ki, biz də varıq.  Amma qanunsuz olduğuna görə, hesab edirəm ki, ictimai asayişi qoruyan hüquq-mühafizə orqanlarının müəyyən hissəsi, məsuliyyətli adamla bunun qarşısını alacaqlar. Heç kim qanunu poza bilməz, qanun alidir və hamı ona əməl etməlidir”.

Gültəkin Ələsgər         

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi