Modern.az

Putin hicabın əleyhinə çıxdı

Putin hicabın əleyhinə çıxdı

Dünya

19 Oktyabr 2012, 14:55

Rusiya prezidenti Vladimir Putin rus məktəblərində hicab bağlanmasının əleyhinə çıxıb. Modern.az “Rossiya 24” kanalına istinadən bildirir ki, Putin Rusiyanın cənubunda bir məktəb müdirnin müsəlman ailələrdən olan qızlara hicab bağlamağı qadağan etməsi ilə bağlı qalmaqalı şərh edərkən baş geyiminin əleyhinə danışıb.

Məsələ ilə bağlı fikrini bildirən Putin məktəblərdə hicaba qarşı olduğuna  işarə edərək “Rusiya dünyəvi dövlətdir və bütün vətəndaşları üçün bərabər şərait yaratmalıdır” deyib.

“Biz insanların dini hisslərinə hörmət etməliyik. Bu dövlətin hərəkətlərində, nüanslarda hər şeydə özünü göstəməlidir”-deyə prezident vurğulayıb.

“İkinci bir tərəfdən bizim dünyəvi dövlətimiz var və biz onun əsaslarını da davam etməliyik”  deyə Putin əlaə edib. Rusiya mediası Putinin bu açıqlamasını hicabın qadağasına dəstək kimi şərh edib. 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir