Modern.az

Prokurorluq bıçaqlanan polislə bağlı məlumat yaydı

Prokurorluq bıçaqlanan polislə bağlı məlumat yaydı

31 İyul 2021, 20:36

İyulun 30-u saat 22 radələrində Cəbrayıl rayon sakini Qurban Qurbanovun xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cəbrayıl rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, zərərçəkmişin tanışı Sərvan Yaqubovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı polis serjanti Qurban Qurbanova xidmətdən kənar vaxtda bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyənləşib.

 

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Sərvan Yaqubov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.


Rəsmi məlumata görə, hazırda istintaq davam edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı