Modern.az

Roma Papası öz kardinallarını Bəşər Əsədlə görüşə göndərir

Roma Papası öz kardinallarını Bəşər Əsədlə görüşə göndərir

Aktual

19 Oktyabr 2012, 15:06

Papa 16-cı Benedikt Suriyanın paytaxtı Dəməşqə baş yepiskop və kardinallardan ibarət heyət göndərir. Modern.az “Əl-Ərəbiyyə” telekanalına istinadən bildirir ki, Papanın “sağ qolu” sayılan  kardinal Tarsio Bertone “biz Suiryadakı kimi bir tragediyaya tamaşaçı kimi qala bilmərik” deyib.  Vatikan radiosuna danışan Bertone Papanın Suriyaya heyət göndərmək istəyinin bütün kardinallar tərəfindən müsbət qarşılandığığnı deyib və gələn həftə Dəməşqə dini heyətin gedəcəyini bildirib.

Papanın Suriyaya göndərəcəyi heyətin tərkibində Baş yepiskop Lorent Pasinya, Vatikan Məzəhəblərarası Dialoq nümayəndəsi Jan Luis Tauran, Nyu-York Baş yepiskopu Timoti Dolan və Vatikanın xarici işlər naziri Dominik Mamberti olacaq.

Peykər
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür