Modern.az

Qənirə Paşayeva Serbiya Parlamentinin üzvü Emir Elfriçlə görüşüb

Qənirə Paşayeva Serbiya Parlamentinin üzvü Emir Elfriçlə görüşüb

Aktual

19 Oktyabr 2012, 16:26

Millət vəkili  Qənirə Paşayeva və Serbiya Parlamentinin üzvü, Bosna Demokrasi Birliyinin başkanı Emir Elfriç Qarabağ münaqişəsi ətrafında müzakirə aparıblar.
Görüş zamanı Serbiya Parlamentinin üzvü və Bosna Demokrasi Birliyinin başkanı Emir Elfriç Azərbaycanla əməkdaşlığın və əlaqələrin inkişafında çox maraqlı olduqlarını deyiblər. Serbiyada yaşayan boşnak, onların indiki vəziyyəti ilə bağlı millət vəkili Qənirə Paşayevaya ətraflı məlumatlat verən Parlamentinin üzvü və Bosna Demokrasi Birliyinin başkanı Emir Elfriç  Azərbaycanı özləri üçün dost, qardaş saydıqlarını deyib. Millət vəkili Qənirə Paşayeva onu Azərbaycana səfərə dəvət edib.  Serbiya Parlamentinin üzvü və Bosna Demokrasi Birliyinin başkanı Emir Elfriç dəvət üçün təşəkkür edib və Azərbaycana səfər etməkdən böyük məmuniyyət duyacağını deyib. Millət vəkili Qənirə Paşayeva görüş zamanı 1 milyon azərbaycanlının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi, onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsindən, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 15 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsindən, Xocalı soyqırımından, Dağlıq Qarabağ münaqişəsi ətraflnda son vəziyyət barədə danışıb və fikir mübadiləsi  aparılıb.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi