Modern.az

Azərbaycan deputatları İstanbuldakı forumda iştirak ediblər

Azərbaycan deputatları İstanbuldakı forumda iştirak ediblər

Dünya

19 Oktyabr 2012, 16:17

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Türkiyənin İstanbul şəhərində TURKPA-nın (Türk Dilli Ölkələrin Parlamentlər Assambleyası) təşkilatçılığı, TBMM (Türkiyə Böyük Millət Məclisi) və TİKA-nın (Türk İşbirliği Və Kordinasiya Agentliyi Başkanlığı) dəstəyi ilə "Dövlətlərarası Əməkdaşlığın İnkişaf Prosesində Gənc Liderlərin Rolu" adlı forumda iştirak edib. Bu barədə Modern.az-a  Milli Şuranın mətbuat xidmətindən məlumat verilib. Şuradan bildirilib ki, forum zamanı gənc liderlərin günümüzdə rolu, demokratikləşmədə gənclərin fəallığı haqqında fikir mübadiləsi aparılıb. Tədbirdə həmçinin Azərbaycan Respublikası gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsinin rəhbəri Elnur Aslanov, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Fuad Muradov, Ceyhun Osmanlı, Qənirə Paşayeva, Narkotiklərə dair Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev, Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri Ramin Məmmədov, “İrəli” İctimai Birliyinin sədri Rauf Mardiev iştirak edib.

Tədbir təşkilatçılar tərəfindən təşkil olunan ziyafətlə davam edib. Ziyafət zamanı tədbirdə iştirak edən gənclər təşkilatları, ictimai və dövlət xadimlərinə  ARGTMŞ, onun fəaliyyəti   haqqında məlumat verilib.   Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir