Modern.az

“Jirinovski erməni lobbisinin girovuna çevrilib”

“Jirinovski erməni lobbisinin girovuna çevrilib”

1 Avqust 2021, 19:57

“Bu gün Rusiya-Azərbaycan münasibətləri özünün ən yüksək inkişaf dövrünü yaşayır. İkinci Qarabağ müharibəsinin yaratmış olduğu nəticələr hər iki ölkənin strateji maraqlarına cavab verməklə regionun gələcək inkişafı və təhlükəsizliyi üçün unikal imkanlar açıb”.

 

Bunu Modern.az-a Milli Məclisin deputatı Elşad Mirbəşir oğlu Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovskinin Azərbaycanla bağlı səsləndirdiyi qərəzli fikirlərə münasibət bildirərkən deyib.

 

Onun sözlərinə görə, münasibətlərin strateji xarakter almasını şərtləndirən bir sıra amillər var ki, onlarda biri də hər iki ölkənin liderləri arasında olan qarşılıqlı etimad və dostluq münasibətləridir:

 

“Bu yaxınlarda Moskvada Azərbaycan və Rusiya Prezidentlərinin ikitərəfli görüşü bu fikri bir daha təsdiq etdi. Bəlli oldu ki, hər iki liderin regionun gələcəyi ilə bağlı baxışları tamamilə üst-üstə düşür.

 

Təbii ki, Rusiya daxilində bəzi ermənipərəst dairələr var ki, hər vəchlə Moskva ilə Bakı arasındakı münasibətlərin korlanmasına çalışırlar. İkinci Qarabağ müharibəsinin nəticəsində rüsvayçı məğlubiyyətə düçar olaraq kapitulyasiya aktına imza atan Ermənistanın regional əməkdaşlıq və təhlükəsizlik sistemində əhəmiyyətsiz bir aktora çevrilməsi və bunun fonunda Azərbaycanla Rusiyanın birlikdə regionun gələcək taleyini müəyyən edən açar ölkələrə çevrilməsi həmin dairələri qane edə bilməz. Rusiyada “siyasi reketçiliyi” özünün başlıca fəaliyyət sahəsinə çevirən, əsas sərvətini şantaj və böhtan yolu ilə toplayan faşist təfəkkürlüVladimir Jirinovskinin Azərbaycan dövlətinə və onun rəhbərinə yönəlik axmaq və sərsəm açıqlamaları məhz bu aspektdən qiymətləndirilməlidir. Bir sözlə, Jirinovskinin üfunət iyi verən bəyanatlarının arxasında Ermənistanın və erməni lobbisinin acizliyi dayanır”.

 

Bundan əlavə, deputat vurğulayıb ki, Rusiyada erməni diasporunun kriminal qanadına rəhbərlik edən Jirinovski indiyə qədərki fəaliyyəti dövründə heç vaxt Rusiya xalqına baş ucalığı gətirməyib və bütün addımları ilə Rusiyanın ictimai-siyasi mühitini zəhərləməklə məşğul olub.

 

“Vladimir Jirinovski Rusiya Dövlət Dumasının deputatı olmasına baxmayaraq,hər zaman qeyri-ciddi firuq kimi tanınmışdır. Liberal Demokratik Partiyasının sədri olsa da, təbliğ etdiyi ideyalarda demokratiyadan zərrə qədər də olsun, əsər-əlamət yoxdur.  Buna görə də onun etdiyi bütün çıxışlar Rusiya cəmiyyətində haqlı olaraqgülüş və istehza doğurmuşdur.

 

Şübhəsiz, Jirinovski kimi qeyri-ciddi bir “siyasətçi”nin Azərbaycana qarşı şər-böhtan xarakterli fikirlər səsləndirməsi Rusiya-Azərbaycan münasibətlərinin fundamental xarakterinə təsir edə bilməz. Çünki Rusiyanın xarici siyasət kursunu müəyyən edən şəxs Prezident Putindir. Cənab Putin həm 44 günlük müharibə zamanı, həm də post-münaqişə dövründə son dərəcə obyektiv yanaşma ortaya qoyaraq, münaqişənin aradan qalxmasın mühüm töhfələr vermişdir.

 

Azərbaycanda xalq-iqtidar birliyi möhkəm təməllər üzərində qurulmuşdur. Müxalif partiyalar ölkəmizin siyasi həyatında mühüm rol oynayırlar. Ötən il ölkəmizdə keçirilən parlament seçkilərindən sonra qanunverici orqanda formalaşmış yeni siyasi konfiqurasiya bunu bir daha sübut etdi. 44 günlük Vətən müharibəsi isə bütün dünyaya onu göstərdi ki, Azərbaycan xalqı öz dövlət müstəqilliyivə ərazi bütövlüyü naminə “Dəmir yumruq” kimi birləşərək sarsılmaz gücə çevrilir. Erməni lobbisinin girovuna çevrilmiş Jirinovski kimi qondarma siyasətçilər bu reallığı başa düşməlidir”, - deyə deputat qeyd edib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?