Modern.az

“Jirinovskinin yeri siyasət meydanı yox, sirk arenasıdır”

“Jirinovskinin yeri siyasət meydanı yox, sirk arenasıdır”

1 Avqust 2021, 20:03

Özünü Liberal Demokrat Partiyasının lideri hesab edən Jirinovski əslində radikal faşizm ideologiyasının təbliği ilə məşhurdur. Diqqət mərkəzində olmaq üçün hər zaman sərsəm və axmaq fikirləri ilə Jirinovski digər xalqlar arasında nifaq salmağa çalışır. Sanki bu insan türk xalqına düşmən kəsilib. Millətçi, şovinist və tarixi savadı olmayan Jirinovskiyə xatırlatmaq istərdim ki, 300 ildən çox, azqala dünyanın yarısından çoxunu idarə edən türk milləti hər zaman digər millət və xalqlara əmin-amanlıq gətirib, onlara öz dilini, dinini, mədəniyyətlərini yaşatmağa şərait yarad. Bu gün də Azərbaycan dövləti öz tolerantlığı ilə bütün dünyaya örnəkdir. 44 günlük Vətən Müharibəsi dövründə Jirinovski kor gözlərini açıb baxsaydı, görərdi ki, Azərbaycanda yaşayan bütün xalqlar bir yumruqda birləşərək ermənilərə layiq olduqları cavabı verdilər.

 

Ermənistan yoxsul, müstəqil olmayan, eyni zamanda mono dövlət sayılır. Jirinovski isə Rusiyada yaşayan imkanlı ermənilərin əlində ucuz bir pyuncaqdır ki, onun vasitəsilə Ermənistanın nüfuzunu qaldırmaq istəyirlər. Bu isə mümkün deyil. Nə qədər ki, Ermənistanı Jirinovski düşüncəli və siyasətçi olmayan insanlar idarə edəcək, bu ölkə inkişaf etməyəcək, əksinə yox olub getmək təhlükəsi ilə üz üzə qalacaq.

 

Bəli, Azərbaycan bu gün sürətlə inkişaf edən, tam müstəqil, suveren bir dövlətdir. Azərbaycan istər siyasi, istərsə də iqtisadi baxımdan dünyada aparıcı bir dövlətə çevrilmişdir. Prezident cənab İlham Əliyevin güclü və qətiyyətli xarici siyasəti nəticəsində Azərbaycan şimal-cənub, qərb-şərq iqtisadi əlaqələrin mərkəzinə çevrilmişdir.

 

Jirinovskilərin nəzərinə onu da çatdırmaq istərdim ki, bu gün Azərbaycanın kifayət qədər güclü ordusu və bu ordunun başında Müzəffər Ali Baş Komandan İlham Əliyev durur. Azərbaycana qarşı yönələcək hər hansı pis niyyətli hərəkətlər layiqli cavablarını alacaq, necə ki, Vətən Müharibəsi zamanı biz bunu sübut etdik. Azərbaycan Ordusunun apardığı hərbi əməliyyatlar dünyanın hərbi məktəblərində tədris olunmağa başlayıb.

 

Əslində Jirinovskinin yeri siyasət meydanı yox, sirk arenasıdır. Çünki bu insanın söylədiyi hər bir fikir insanlarda gülüş doğurur. Tarixdə Jirinovski kimi "siyasətçilər" axmaq və gülüş hədəfi kimi yaddaşlarda qalacaq.
Sonda Jirinovskinin nəzərinə bir atalar sözünü də çatdırmaq istərdim. İt hürər karvan keçər. Onun bu cəfəng fikirləri Rusiya ilə Azərbaycan arasındakı dostluq münasibətlərinə heç bir xələl gətirməyəcək.

 

Kamilə Əliyeva

Milli Məclisin deputatı, professor

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi