Modern.az

Finlandiyada azərbaycanlının meyiti tapıldı

Finlandiyada azərbaycanlının meyiti tapıldı

1 Avqust 2021, 20:22

Finlandiyanın Rauma rayonu yaxınlığında azərbaycanlı Rauf Əliyevin meyiti tapılıb.

 

Modern.az Report-a istinadən xəbər verir ki, onun kimliyi üstündə aşkar olunmuş sənədlə müəyyənləşdirilib.

 

Təxminən 40-42 yaşlı azərbaycanlının nəşi milliyyətcə rus xanımına təhvil verilib. O, restoran biznesində çalışırmış.

 

Polis ölümün səbəbini araşdırır. Meyitin üzərində zorakılıq əlamətləri aşkar olunmayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır