Modern.az

“Qardaşlarımız böyük fədakarlıq göstərdilər” - Fatih Mətin

“Qardaşlarımız böyük fədakarlıq göstərdilər” - Fatih Mətin

Aktual

1 Avqust 2021, 22:37

Türkiyə olaraq yanğınları aradan qaldırmaq üçün bütün imkanlarımızı səfərbər etmişik. Bu gün Azərbaycandan gələn yanğınsöndürən qardaşlarımızla birlikdə çalışdıq. Böyük fədakarlıq göstərdilər. Prezident İlham Əliyev başda olmaqla bütün Azərbaycan xalqına qardaş yardımı üçün təşəkkür edirik.

 

Modern.az-ın məlumatına görə, bunu Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirinin müavini Fatih Mətin AzərTAc-a açıqlamasında bildirib.

 

Hazır müavini deyib ki, Türkiyədə 107 yanğın hadisəsi qeydə alınıb. Göstərilən müdaxilələr nəticəsində onların 98 nəzarətə alınıb. Digər 11 məntəqədə yanğınlar davam edir:

 

"İnşallah ki, tezliklə bir yerdə bu fəlakətin qarşısını alıb normal həyatı bərpa edərik".

 

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirinin (FHN) yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup iyulun 30-da Türkiyəyə yola düşüb. Ötən gün axşam saatlarında isə FHN-in daha bir yanğın-xilasetmə qrupu qardaş ölkəyə yola salınıb. İkinci qrupa 1 helikopter, 53 yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 1 tibbi yardım avtomobili, 220 yanğınsöndürən və xilasedici daxildir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır