Modern.az

Azərbaycan qızları dünya ikincisi oldu

Azərbaycan qızları dünya ikincisi oldu

Aktual

20 Oktyabr 2012, 10:25


Qətərin paytaxtı Dohada təşkil olunan qadın voleybolçular arasından klublararası dünya çempionatına yekun vurulub. Modern.az “azerisport”a istinaddən bildirir ki, Finalda Azərbaycan çempionu "Rabitə" Braziliyanın "Sollis Osasco" klubu ilə qarşılaşıb.

Çempionatda ikinci dəfə üz-üzə gələn komandaların bu dəfəki dueli təmsilçimiz üçün revanş xarakteri daşıyırdı. Çünki qrup mərhələsinin ilk oyununda cənubi amerikalılara 1:3 hesabı ilə uduzan voleybolçularımız indi rəqibdən qisas almaq arzusundaydılar. Lakin təəssüf ki, komandamız həlledici görüşdə məğlub olub və gümüş medalla kifayətlənməli olub.
Çempionatda üçüncü yer uğrunda Puerto-Rikanın “Lancheras de Catano” klubu Türkiyə "Fenerbahçe"si ilə üz-üzə gəlib. Qardaş ölkə təmsilçisi bu görüşdə qalib gələrək, mundialın bürünc medallarına sahib çıxıb.

Klublararası dünya çempionatı

19 oktyabr
Üçüncü yer uğrunda Lancheras de Catano – Fenerbahçe - 0:3 (16:25, 17:25, 17:25)

Final

Sollis Osasco - Rabitə - 3:0
(25:16, 25:14, 25:17)
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir