Modern.az

Gəncədə 14 yaşlı oğlan itkin düşüb

Gəncədə 14 yaşlı oğlan itkin düşüb

Aktual

20 Oktyabr 2012, 11:08

20.01.1998-ci ildə Gəncə şəhərində anadan olmuş, Gəncə şəhəri, İ.Cəfərov küçəsindəki mənzillərdən birində yaşayan Seyidov Nicat Eldəniz oğlu 13 iyul 2012-ci il tarixində evdən gedib və bir daha geri qayıtmayıb. Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

İtkin düşmüş bu şəxsin xarakterik əlamətləri aşağıdakılardır:
Boy 1 metr 62 santimetr, orta köklükdə, gözlərinin və saçlarının qara rəngdədir.
E vdən gedərkən əynində göy rəngli qısaqol köynək, boz şalvar, qara səndəl olub. Nicat Seyidovu görənlərdən və ya itkin düşmüş bu şəxs barəsində hər hansı məlumatı olanlardan DİN-in "102" Xidmətinə, həmçinin (022) 256-52-19, (022) 256-07-73 nömrəli şəhər, eyni zamanda, (050) 350-05-92 və (050) 327-58-50 nömrəli mobil telefonlara zəng edərək bu haqda Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinə məlumat vermələri xahiş olunur.  
Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?