Modern.az

Üzərindən heroin, evindən isə silah tapıldı - FOTO

Üzərindən heroin, evindən isə silah tapıldı - FOTO

2 Avqust 2021, 15:56

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində apardıqları əməliyyat-axtarış tədbirləri zamanı Şabran rayon sakini Bahəddin Məcidov saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a bildirilib ki, Şabran RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin üzərindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin və tərkibində narkotik maddələr olan marixuana aşkar edilərək götürülüb.

 

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində B.Məcidovun evinə baxış zamanı 1 ədəd bıçaq, sandıqçası ilə birlikdə qaz tapançası və dipçəkdə əkilmiş narkotik tərkibli çətənə (kannabis) bitkisi aşkar edilərək götürülüb.

 

Faktla bağlı istintaq aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir