Modern.az

Nadanlığın zirvəsi...

Nadanlığın zirvəsi...

Aktual

20 Oktyabr 2012, 12:45

BU ZİRVƏNİ İSLAMI ANLAMAYANLAR FƏTH EDİRLƏR...

İSLAM SƏNİN YARADILIŞ QAYƏNDİR, CƏLİL CAVANŞİR!..

Çoxumuz hesab edirik ki, bəsit, nadan düşüncələr  savadsızlıqdan, dünyagörüşünün məhdudluğundan doğulur. Əslində bunun özü bəsit düşüncədir. Çünki bəzən iki ali məktəb bitirmiş, dünyanın onlarla ölkəsini gəzmiş akademikdən, professordan  yaradılışla, həyatın mənası ilə bağlı elə bəsit, məntiqsiz mülahizələr eşidirsən ki, məəttəl qalırsan. Gerçəklikdə görürsən ki, dağ başındakı ucqar bir kənddə yaşayan çobanın həyata baxışı daha məntiqli, daha dürüstdü. Doğrudan da əgər təhsil və dünyagörüşü hər şeyi həll etsəydi, indi bəşəriyyət bu qədər faciələrin girdabında çalxalanmazdı. Minilliklər boyu insanlığa yol göstərmiş peyğəmbərlərdən hansı universitet, akademiya bitirmişdi? Muhəmməd peyğəmbər əleyhissəlam yetim bir çocuq olmuş, heç oxuyub-yazmağı da öyrənməmişdi. Fəqət, Allahın hökmü ilə o, bütün kainata nicat və səadət günəşi doğurdu. Nizami Gəncəvi Gəncədən kənara çıxmamışdı, ancaq əsərləri ilə dünyanı fəth etdi. Deməli, insanın ilk növbədə qəlb gözü, bəsirət gözü açıq olmalıdır ki, onu Yaradanı və yaradılışının qayəsini dərk etsin...
Allaha, onun Peyğəmbərlərinə, Qurana, İncilə, Tövrata, Zəbura iman gətirməyən kəs kimliyindən, təhsilindən, biliyindən, elmindən, etdiyi kəşflərdən, var-dövlətindən, vəzifəsindən asılı olmayaraq nadandır. Radikal iudaistlər, sionistlər yəhudiləri bəşəriyyətin ən ağıllı, ən uzaqgörən, ən üstün milləti sayırlar. Allah onların qəlbinə möhür vurduğundan anlamırlar ki,  müəyyən üstünlükləri Yaradan onlara sınaq üçün bəxş edib. Məhz bunu dərk etmədikləri üçün onlar nadandırlar. Böyük kəşflər etmiş alimlərin xeylisi yəhudi mənşəlidirlər. Məsələn, Eynşteyn öz dünyəvi elmi ilə dünyaca məşhur olsa da,  Yaradana iman gətirməyincə nadan idi. O, maddəni ən xırda zərrəciklərə qədər bölə bildi, nüvədən, neytrondan enerji almağın yollarını kəşf etdi, elə bilirdi ki, bütün suallara cavab tapacaq, hər şeyi biləcək. Fəqət, bölünmənin sonsuzluğa qədər getdiyini, sual ardınca sual çıxdığını  görəndə ən kiçik zərrəcikdən tutmuş kainata qədər hər şeyi yaradıb idarə edən bir İlahi Qüvvənin olduğunu dərk etdi.  Və söylədi ki, dinsiz elm şikəstdir...

Yeri gəlmişkən, bu yaxınlarda Eynşteynin ölümündən bir il öncə Allah və din barədə dostuna yazdığı məktub  hərraca çıxarılıb... Nə yazıqlar ki, məşhur alimin soydaşlarının əksəriyyəti yenə də nadan qalmaqdadırlar. Bu günədək dünyanı qarışdıran əksər faciələr də məhz onların nadanlığı və nadanlaşdırdıqları üzündən baş verməkdədir. Bu gün İslam dininə, Peyğəmbərimizə(s) əllərindəki   həm siyasi, həm hərbi, həm mədəni və s.  vasitələrlə hücum edənlər də, onlara dolayısı ilə dəstək verən İsrail, ABŞ, İngiltərə, Fransa və s. başçıları da nadandırlar...

Nə yazıqlar ki,  ali təhsilli, qrantlar hesabına Amerikanı, Avropanı gəzib, sonra öz müsəlman ölkələrinə qayıdıb məşhurlaşdırılan bəsit düşüncəlilər öz baxışlarını cəmiyyətə etalon kimi sırımaqla İslama, Peyğəmbərimizə(s) hücum edənlərə dəstək verirlər.. Maraqlıdır ki, son vaxtlar, xüsusən Peyğəmbərimiz(s) haqqında mənfur kinofilm olayından sonra Azərbaycanda da bəzi qüvvələr, o cümlədən müxtəlif qəzet və  saytlardakı bəzi yazarlar sanki dinimizə qənim kəsiliblər...

Ötən həftə publika.az saytında  Cəlil Cavanşir adlı birisinin “Budurmu İslam?!.” başlıqlı  yazısı da İslam peyğəmbərini film və karikaturalarla təhqir edənlərə dəstəkdən başqa bir şey deyil. Təəssüf ki, qələminə və şəxsiyyətinə hörmət bəslədiyim Taleh Şahsuvarlı da onun baxışlarına şərik çıxaraq elə həmin saytda eyni məzmunlu məqalə dərc etdirib. Bu bəsit sualları bizlərə  bəzi savadsız, Qurandan, Sünnədən xəbəri olmayan qocalar, qarılar da verir:”bala, bu müsəlmanlıq Allahın dinidirsə, niyə hər yerdə terror edən də, qırılan da müsəlmandır?”...

Sən və həmfikirlərin bu bəsit baxışlarınızla “İslam terror dinidir” deyənlərə dəstək verirsən, Cəlil Cavanşir! Sən guya bilmirsən ki, kafirlər bütün vasitələrlə İslamı gözdən salmağa çalışırlar. Bu yollardan biri də İslam adı ilə müxtəlif çirkin işlər görüb bunları müsəlmanların adına yazmaqdır.  Son iki yüzillikdə bu məqsədlə yüzlərlə terrorçu qruplar yaradılıb. Sənin pakistanlı qız Malalanın qatili kimi ittiham etdiyin “Taliban”ı da, “Əl-Qaida”nı da, “Ceyşullah”ı da və s. yaradan və maliyyələşdirən məhz kafir və nadan kəslərin başçılıq etdiyi hegemon dövlətlərdir.  On il əvvəl müxtəlif qəzetlərdə dərc etdirdiyim “Bin Laden İslamın düşmənidir” yazımda bu barədə ətraflı bəhs etmişəm. Möminlər “Taliban”ı da,  digər radikal vəhabi qruplaşmalarını da rədd edir. Ancaq həmin terrorçu təşkilatların sıravi üzvlərinin çoxu əslində İslama düşmən qüvvələrin maliyyə, texnologiya və s. dəstəyi ilə müsəlmanlığa zidd əməllərlə məşğul olmalarından xəbərsizdirlər. Onlar da yüzlərlə dinc insanı öldürməklə cənnətə düşəcəklərinə inandıqları üçün nadandırlar...

Niyə İslamın Muhəmməd əleyhissəlamın dövründəki, Osmanlı zamanındakı, elə bu günündəki gözəl nümunələrini qoyub müsəlman adı ilə törədilən pis əməllərdən danışırsız? Bəs siz hansı ideologiyaya dayanırsız? Səmavi kitabları təhrif edilmiş iudaizməmi,  xristianlığamı, yoxsa kafirlərin Vahid Dünya Dövləti qurmaq planlarına xidmət edən  çoxüzüzlü demokratiyaya, qloballaşmayamı?.. Siz təhsil almaq arzsuna görə qətlə yetirilmişş bircə qızcığazdan danışırsız, biz də onun qətlini və qatillərini lənətləyiruk. Bəs, hələ orta əsrlərdəki səlib yürüşlərini demirəm, son 15-20 ildə ABŞ-in, İsrailin, İngiltərənin, Fransanın, Rusiyanın və s. fitvaları ilə  Fələstində, Qarabağda, Kosovada, Çeçenistanda, İraqda, Əfqanıstanda, Pakistanda, Kəşmirdə və s. qətlə yetirilmiş milyonlarla dinc uşağın, qadının, qocanın qətlini kimlərin, hansı dinin, hansı ideologiyanın boynuna yazaq?.. 

Belə haqsevərsizsə, bəs Fələstində evləri uçurulan müsəlmanların haqlarını müdafiə edərkən İsrail buldozerləri altında  şəhid olan amerikalı Reyçer xanımı niyə xatırlamırsız? Bəs o hansı nadanlığın, vəhşiliyin qurbanı oldu?..

Sizləri bir yandan neçə-neçə əsərlər müəllifi kimi tanıtdırır, digər tərəfdən isə “İslam budurmu” sualını verdirirlər. Sizin İslamın gözəlliyini dərk etməməyinizin səbəbi Yaradılışın qayəsini, bu dünya həyatının, orada bütün baş verənlərin hamımız üçün bir sınaq olduğunu anlamamağınızdır.  Bunları anlasanız, bilərsiniz ki, İslam bütün insanların, o cümlədən sizin YARADILIŞ QAYƏNİZDİR... Sizlərə Qurani-Kərimin insanın yaradılışı və yaradılış qayəsi barədə ayələrini(BəqərƏ 28, 30; Ali-İmran,6;  Nisa,1; Ənam, 2, 98; Səcdə, 7-9; Qiyamət, 37-39; İnsan, 1, 2; Ələq, 2, Hicr, 99; Zariyat, 56, 57 və s.) və   Həzrət Əlinin(ə.s.) bu kəlamını  diqqətlə düşünərək  oxumağınızı məsləhət görürəm. Birinci imamımız (s) buyurur: ”Ey insan, sən nədən qürrələnirsən ki, Allah səni bir damla murdar sudan yaradıb və bu arada sən bir torba nəcis daşıyan hamballar kimisən...”   

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq