İctimai Palatanın Bakıdakı Fəvvarələr meydanında saat 15.00-a planlaşdırdığı bugünkü aksiyası ilə bağlı Müsavat Partiyasının qərargahı polis nəzarətinə götürülüb.
Modern.az bildirir ki, aksiya ilə bağlı polis ilkin həbslər aparır. Artıq Müsavat Gənclər Təşkilatının Qubadlı özəyinin sədri Elman Elxanoğlu Qubadlı polis idarəsinə aparılıb. Polislər eyni zamanda Müsavat Gənclər Təşkilatının sədr müavini Əhəd Məmmədlinin evində axtarış aparırlar. Müsavat Partiyasının qərargahı qarşısındakı maşın təmiri obyektləri boşaldılıb.