Modern.az

Həccə gedən azərbaycanlı xanım dünyasını dəyişdi

Həccə gedən azərbaycanlı xanım dünyasını dəyişdi

Aktual

20 Oktyabr 2012, 13:43

Oktyabrın 20-də müqəddəs Həcc ziyarətinə yollanmış zəvvarlarımızdan biri - 1947-ci il təvəllüdlü Bakı sakini Hidayətova Raziyə dünyasını dəyişib. Bu barədə Modern.az saytına Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirlib ki, zanım zəvvarın əhvalı sübh namazından sonra pisləşib, ona ilkin tibbi  yardım göstərilib. Həkimlərin davamlı səylərinə baxmayaraq, zəvvar xanım bir qədər sonra ürək çatışmamazlığından keçinib.

İxtisasca həkim olan Raziyə Hidayətova Bakıdakı poliklinikalardan birində baş həkimin müavini vəzifəsində çalışırdı.

Ümrə ziyarətini tamamlamış xanım zəvvar Məkkədə dəfn olunacaq. Onun ruhuna Quran oxunacaq, ehsan veriləcək.

Allah rəhmət eləsin!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!