Modern.az

Eks-deputat Baba Tağıyev: " ... sürətlə güclənirik”

Eks-deputat Baba Tağıyev: " ... sürətlə güclənirik”

Aktual

20 Oktyabr 2012, 13:54

Uluslararası Güney Azərbaycan Konseyinin (UGAK) İdarə heyətinin üzvü, “İrəli, Azərbaycan” İctimai Birliyinin sədri, eks-deputat Baba Tağıyev UGAK-ın adı ərtafında gedən şaiyələr və Konseyin bugünkü durumu, hədəfləri barədə danışıb.

O bildirib ki, UGAK-da hər şey qaydasındadır və Bakıda keçirilən son forum da Konseyin sürətlə təşkilatlanması, güclənməsini göstərir: “Əgər kimlərsə düşünürlər ki, Uluslararası Güney Azərbaycan Konseyində ciddi qarşıdurmalar və problemlər mövcuddur, yanılırlar. Hər qurumda fikir ayrılıqları olur. Konseyimizdə də müəyən fikir ayrılqılarının olması normaldır, amma iindi hər şey qaydasındadır və hamımız bir hədəf uğrunda mübarizə aparırıq. Güney Azərbaycandakı soydaşlarımızın milli haqlarının qorunması, onlara qarşı törədilən haqsızlıqların dünya ictimaiyyətinə çatdırılması yönündə işlərimiz davam edir”.

B.Tağıyevin sözlərinə görə, UGAK-da cidi təşkilatlanma işləri gedir və artıq dünyanın müxtəlif ölkələrində yaşayan xeyli sayda diasporçularımız quruma cəlb olunub:

“Biz qüvvələrimizi səfərbər edərək, qısa müddətdə böyük bir iş ortaya qoymağa çalışırıq. Əlbəttə ki, Güney Azərbaycanın taleyüklü problemləri illərlə gündəmdədir və Konseydə təmsil olunan şəxslər olaraq hər birimiz ayrı-ayrılıqda mübarizə aparmışıq. İndi hamımız bir araya gəlmişik ki, həm əməyimizin səmərəsi olsun, həm də daha tez nəticələr əldə edək. Şübhəsiz ki, İran özünütəcrid siyasəti yeridir, orada milli oyanış hərəkatının inkişafına maneələr törədir, lakin biz hər yolla güneyli soydaşlarımızla əlaqə yaratmalı, onların problemlərini, dərdlərini bölüşməliyik. İran rejimindən əziyyət soydaşlarımızın problemləri daim diqqətdə saxlanılmalıdır”.

Baba Tağıyev əlavə edib ki, Konsey növbəti tədbirlərini Türkiyə və Avropa ölkələrində keçirməyi planlaşdırır: “UGAK artıq ciddi bir qurum kimi çıxış edir, lakin onun beynəlxaq bir təşkilat kimi özünü təsdiqləməsi baxımından, biz diasporçularımız sıx yaşayan ölkələrdə forumlar keçirməyi, o ölkələrin siyasi dairələrini də məlumatlandırmağı, tədbirlərimizə dəvət etməyi qarşımıza məqsəd qoymuşuq”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub