Modern.az

Xankəndi hava limanı ilk uçuşa hazırlaşır

Xankəndi hava limanı ilk uçuşa hazırlaşır

Dünya

20 Oktyabr 2012, 14:26

Ermənilər Xankəndi hava limanına ilk uçuşu yaxın günlərdə həyata keçirəcəklərini bəyan edirlər. Modern.az bildirir ki, bunu Dağlıq Qarabağdakı qondarma rejimin “baş naziri” Ara Arutyunyan “Joxovurd” qəzetinə bildirib. O qeyd edib ki, bu, “texniki uçuş” olacaq.

“Sərnişin daşınmasından danışmaq hələ tezdir”-deyə Ara Arutyunyan vurğulayıb. Separatçı rejimin “aviasiya idarəsinin” rəhbəri Dimitri Atabaşyan isə bildirib ki, “hələlik xırda-xuruş texniki problemlər qalır”.

“İlin sonuna qədər problemləri həll edəcəyik və İrəvana ilk reys baş tutacaq”.   

Xatırladaq ki, rəsmi Bakı bu hava limanının istifadəyə verilmə cəhdinə qarşı kəskin mövqe bildirib. Azərbaycan hökuməti bəyan edib ki,  bu hava limanına doğru uçan istənilən təyyarə məhv ediləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir