Modern.az

Fəvvarələr Meydanı polis nəzarətinə götürülüb

Fəvvarələr Meydanı polis nəzarətinə götürülüb

Aktual

20 Oktyabr 2012, 14:47

Oktyabrın 20-də gənc fəallar və müxalifət nümayəndələri parlamentin buraxılması tələbiylə aksiya keçirməyi planlaşdırır. Daxili İşlər Nazirliyi ötən gün xəbərdarlıq edib ki, müxaliflərin Fəvvarələr meydanında icazəsiz aksiyasına imkan verməyəcək. 

Saat 15.00-a planlaşdırılan aksiya ilə bağlı polis gücləndirilmiş iş rejiminə keçib. Modern.az-ın əməkdaşının aksiya keçiriləcəyi yerdən verdiyi məlumata görə,  Fəvvarələr meydanı polis nəzarətinə alınıb. Belə ki, hələ aksiya başlamayıb, amma həmin ərazidə Çevik Polis Alayının çoxlu sayda əməkdaşı asayişin qorunmasına nəzarət edir. Aksiya ilə əlaqədar meydanın həndəvərinə polislərlə dolu xeyli avtobuslar gətirilib.



Anar Kəlbiyev      
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir