Modern.az

“Qanunu qoruyan polisdir, həmin deputat yox” – Zahid Oruc

“Qanunu qoruyan polisdir, həmin deputat yox” – Zahid Oruc

Parlament

3 Avqust 2021, 11:48

“Azərbaycan polisinin alçaldılaraq döyülməsinə Konstitusiya çərçivəsində layiqli cavab verilməlidir”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında deyib.

 

Komitə sədri bildirib ki, polisə və zabitə qalxan əl dövlətə qalxan əl kimi qiymətləndirilməlidir:

 

“Qanunları yazan və milləti hüquqa dəvət edən bizik. İndiki halda qanunu qoruyan polisdir, həmin millət vəkili deyil. Parlament üzvü millətin simasını təmsil edir, ona qarşı çıxanda isə bu simanı itirir”.

 

Bundan əlavə, Z.Oruc bir neçə deputatdan ibarət nümayəndə heyətinin Xaçmaza səfər etməsini, ziyalılarla görüşməsini təklif edib.

 

Qeyd edək ki, Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası keçirilir. Növbədənkənar iclasda "Milli Məclisin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında" məsələ müzakirə olunur. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır