Modern.az

Evdə “Qədiri-Xum” mərasimi keçirənlər həbs olundu

Evdə “Qədiri-Xum” mərasimi keçirənlər həbs olundu

3 Avqust 2021, 13:00

İyulun 29-da Lənkəran şəhər sakini İlqar Əzimovun yaşadığı evdə bir qrup şəxslə “Qədiri-Xum” dini bayramının qeyd edilməsi üçün yığıncaq təşkil edilib. 

 

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-ın sorğuna cavab olaraq bildirilib ki, həmin ünvana gələn polis əməkdaşları tərəfindən ev sahibinin karantin qaydalarına zidd olaraq sosial məsafə gözlənilmədən dini mərasim təşkil edilməsi, qapalı məkanda tibbi maskadan istifadə edilməməsi, səsgücləndirici vasitələrdən istifadə etməklə dini ritualların səsləndirməsi halları müəyyən edilib.

 

Bu hallar həmçinin qonşuluqda yaşayan sakinlərin narazılığına səbəb olub.

 

Mərasimi təşkil edən İ.Əzimov və 22 nəfər Lənkəran ŞRPŞ-yə gətirilib. Həmin mərasimin təşkilatçısı İ.Əzimov və digər 3 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə(211.1-Epidemiya əleyhinə rejimin,sanitariya-gigiyena və karantin qaydalarının pozulması),(515.0.2-Dini yığıncaqlar və digər mərasimlərin təşkilinin, keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulması) əsasən inzibati protokol tərtib olunaraq baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib. 

 

Məhkəmənin qərarı ilə İ.Əzimov, Ə.Məmmədov, Ş.Rzayev, Ə.Rzayev inzibati qaydada həbs olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?