Modern.az

YAP-çı deputatlar müxalifətin aksiyasına baxmağa gəliblər

YAP-çı deputatlar müxalifətin aksiyasına baxmağa gəliblər

Aktual

20 Oktyabr 2012, 15:59

Hakim Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, deputat Əli Əhmədov, YAP icra katibinin müavinləri, deputatlar Mübariz Qurbanlı, Siyavuş Novruzov və YAP İdarə Heyətinin üzvü, deputat Kərim Kərimov oktyabrın 20-si saat 14:30-da Bakının Fəvvarələr meydanı yaxınlığında yerləşən “İSR Plaza” mehmanxanasına daxil olublar.

Bəzi məlumatlara görə, onlar müxalifətçilərin aksiyasını izləməyə gəliblər. Ancaq Mübariz Qurbanlı “İSR Plaza”ya gedən yolda onlara yaxınlaşan “Media forum” saytının əməkdaşına deyib ki, buraya gəlişləri aksiya ilə bağlı deyil. O bildirib ki, “İSR Plaza”ya çörək yeməyə gəliblər.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır