Modern.az

Fəzail Ağamalı: “Eldəniz Səlimov islah olunmalıdır” - VİDEO

Fəzail Ağamalı: “Eldəniz Səlimov islah olunmalıdır” - VİDEO

4 Avqust 2021, 10:58

“Millət vəkili cəmiyyətin siyasi elitasıdır, ona mandat verən Azərbaycan xalqıdır. Bu məsələyə yanaşma tamamilə ədalətli və həqiqətdir”.

 

Modern.az xəbər verir ki, bu sözləri Mediatürk TV-yə müsahibəsində Milli Məclisin İntizam komissiyasının sədr müavini, deputat Fəzail Ağamalı həmkarı Eldəniz Səlimovun həbs olunmasından danışarkən deyib.

 

Onun sözlərinə görə, millət vəkili özünün davranışları, əməlləri və hərəkətləri ilə cəmiyyətə nümunə olmalıdır:

 

"Məktəbli, gənc və ya məmur onun hərəkətlərindən özünə nümunə götürməlidir. Davranışlarında bu və digər xoşagəlməz məqamlar varsa, islah edilməlidir. Deputat hər zaman cəmiyyətin diqqətində olur. Bu da təsadüfi deyil, çünki deputatlar cəmiyyət üçün çox açıqdır, onların hər zaman seçicilərlə əlaqələri olur.

 

Deputat bir mənalı olaraq, nə qayda ilə, nə də qanunla özünə imic və reytinq qazanmır. Özünün əməllərinə görə xalqdan qiymət alır. Bu baxımdan baş verən hadisəyə mənim yanaşmama görə, ancaq təəssüf etmək olar. Fakt ortadadır, deputat kimi öz seçicisini məyus edib”.

 

Qeyd edək ki,  polisi döyməkdə ittiham olunan deputat Eldəniz Səlimov ötən gün Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən saxlanılıb. Məhkəmə onun barəsində 3 ay həbs qətimkan tədbirinin seçilməsinə qərar verib.

 

Deputatın geniş müsahibəsi ilə təqdim etdiyimiz videodan tanış ola bilərsiniz:

 

Aysel Məhərrəm

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub