Modern.az

Daha beş toyda qaydalar pozuldu   

Daha beş toyda qaydalar pozuldu   

5 Avqust 2021, 09:07

Ucarda karantin qaydalarının pozulduğu 5 toy məclisi aşkar edilib.

 

Bu barədə Modern.az-a DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

 

 

Bildirilib ki, Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayonun Bağman, Məlikballı, Təzə Şilyan, Qazıqumlaq və Xələc kəndlərində yerləşən 5 fərdi yaşayış evində keçirilən toy məclislərində pandemiya tələblərinin pozulduğu və normadan artıq qonağın iştirak etdiyi aşkarlanıb.

 

Məclis sahibləri ilə izahedici söhbətlər aparılıb və yol verdikləri qayda pozuntularına görə onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?