Modern.az

Türkiyədə ilk yük PUA-sı sınaqdan keçirilib  

Türkiyədə ilk yük PUA-sı sınaqdan keçirilib  

5 Avqust 2021, 14:08

Türkiyədə yerli istehsal olan ilk yük pilotsuz uçuş aparatının (PUA) sınaqları keçirilib.

 

Modern.az xəbər verir ki, KARGO-150 çoxpərli PUA 50 dəqiqə müddətində 150 kiloqramadək yük daşımaq gücündədir.

 

PUA "Aselsan" və "Altınay Savunma" şirkətləri tərəfindən istehsal olunub. KARGO-150 40 kilometr məsafəyə yükü çatdırıb geri dönə bilir.

 

Qeyd olunub ki, KARGO-150-nin yüklə birgə ağırlığı 730 kiloqrama çatır. Aparatın uçuş sürəti 100 kilometr/saata çatır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı