Modern.az

Baş prokuror Prezidentin tapşırığı ilə Naxçıvana getdi - FOTO  

Baş prokuror Prezidentin tapşırığı ilə Naxçıvana getdi - FOTO  

Aktual

5 Avqust 2021, 18:21

Prezident İlham Əliyevin tapşırığına əsasən avqustun 5-də Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına işguzar səfər edib.

 

Baş Prokurorluqdan Modern.az-a verilən məlumata görə, nümayəndə heyəti ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.

 

Daha sonra səfər çərçivəsində nümayəndə heyəti Heydər Əliyev Muzeyini ziyarət edərək onlara muzey barədə ətraflı məlumat verilib. Qonaqlar muzeydə nümayiş etdirilən zəngin fond materialları, orijinal sənədlər və eksponatlarla dahi rəhbərin mənalı həyatı, xalqımızın rifahı, xoş gələcəyi naminə siyasi fəaliyyətinin ayrı-ayrı dövrləri, mərhələləri ilə bağlı eksponatlarla tanış olublar. Baş prokurorun rəhbərlik etdiyi heyət həmçinin Ulu öndərin adını daşıyan tam orta məktəb və Hərbi Liseydə də olublar.

 

Bundan sonra Bəhruz Kəngərli muzeyini ziyarət etmiş qonaqlara Azərbaycan rəssamlıq sənətinin ən görkəmli nümunələrindən olan əsərlər barədə ətraflı məlumat verilib.

 

Səfərin gedişatı barədə ictimaiyyətə məlumat veriləcək.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!