Modern.az

Ceyhun Səfərov yeni vəzifəyə təyin olundu

Ceyhun Səfərov yeni vəzifəyə təyin olundu

Aktual

5 Avqust 2021, 19:57

Tanınmış jurnalist Ceyhun Səfərov yeni vəzifəyə təyin olunub.

 

Bu barədə Modern.az-a məlumat verən jurnalist “AzVirt” MMC-nin Baş direktorunun mətbuat və informasiya məsələləri üzrə müşaviri vəzifəsində çalışdığını bildirib.

 

C. Səfərov qeyd edib ki, bu, onun üçün yeni bir mərhələdir:

 

"Əvvəl çalışdığım yerlərdə işimin öhdəsindən necə gəlmişəmsə, burada da səylə çalışıb, adını qeyd etdyim şirkətin rəhbərliyinin, kollektivinin etimadını doğrultmaqdan ötrü əlimdən nə gəlirsə edəcəyəm".

 

O deyib ki, “AzVirt” MMC işğaldan azad olunan ərazilərdə mühim yol və hava limanı tikintisi layihələrini həyata keçirir: "Bütün jurnalist həmkarlarıma bizimlə uğurlu əməkdaşlıq arzulayıram".

 

Qeyd edək ki, C.Səfərov bu təyinatadək "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi olub. Daha əvvəl isə televiziyada fəaliyyət göstərib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?