Modern.az

Elmar Qasımov bir sıra görüşlər keçirib

Elmar Qasımov bir sıra görüşlər keçirib

Aktual

22 Oktyabr 2012, 12:39

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Avstriyanın “Doktor Pendlənd Doktor Pisvanger” şirkətinin rəsmisi doktor Karl Pisvanger və bu ölkənin Krems Danube Universitetinin inzibati idarəetmə üzrə kurs əlaqələndiricisi doktor Kristin Pisvangeri qəbul edib.

Görüş zamanı rektor E. Qasımov qonaqlara Bakı Ali Neft Məktəbinin  yaranması zərurəti və tarixi barədə məlumat verib. O  ali məktəbin yüksək səviyyədə maddi-texniki vəsaitlə təmin edildiyini qeyd edərək,  Bakı Ali Neft Məktəbinin Böyük Britaniyanın Heriot-Uatt Universiteti ilə sıx tərəfdaşlıq münasibətlərinin qurulduğunu söyləyib. O, bu əməkdaşlıq çərçivəsində gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələr haqqında qonaqlara ətraflı məlumat verib.

Avstriyalı qonaqlar qısa vaxt ərzində Bakı Ali Neft Məktəbində yaradılan şəraitdən razı qalaraq, onunla müxtəlif təhsil layihələri çərçivəsində əməkdaşlıq qurmaq niyyətlərini ifadə ediblər.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır